Avstriyanın sabiq XİN başçısı: “NATO Ukraynaya vaxtı keçmiş döyüş sursatları göndərir”

25.03.2024 15:15     Dünyadan reaksiya     134

NATO keçmiş Yuqoslaviyada etdiyi kimi, Ukraynaya da vaxtı keçmiş döyüş sursatları göndərir.

Reaksiya.az TASS-a istinadən xəbər verir ki, bunu Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl bildirib.

O, Kosovoya səfəri zamanı rastlaşdığı bir hadisəni danışıb:

“1999-cu ilin iyun-iyul aylarında ilk dəfə Kosovoya bir qrup alman istehkamçı ilə birlikdə getdim. Orada söhbət əsnasında bizə dedilər ki, Serbiyada piyada əleyhinə minalar istehsal olunmur. Bütün bu döyüş sursatları NATO arsenalından idi. Onların partlamamasının səbəbi isə bu gün Ukraynada olduğu kimi vaxtı keçmiş döyüş sursatlarından istifadə edilməsi idi. İndi də “Tomahawk” raketləri. NATO “silmək istədiyi” sursatları Ukraynaya göndərməkdədir”, - o deyib.

K.Knaysl qeyd edib ki, tarix bu günə qədər davam edir: “Kosovalılar qurban, serblər təcavüzkar idi, indiki vəziyyətdə problemlərə baxanda 1999-cu ildən bəri heç nəyin həll olunmadığını görürük”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar