Rusiya, İran və Çin üçlüyü ABŞ üçün qorxulu yuxudur
25.03.2024 15:45 Dünyadan reaksiya 122
Rusiya, İran və Çin arasında üçtərəfli əməkdaşlıq ABŞ və onun müttəfiqləri üçün qorxulu yuxudur, çünki belə bir koalisiya Qərbin dünya nizamına real təhlükə yaradır.
Reaksiya.az xəbər verir ki, bu barədə “Ekonomist” nəşri yazıb.
“Rusiya, İran və Çinin yaratdığı üçtərəfli tərəfdaşlıq, onlar arasında ticarətin inkişafı, eləcə də BRİKS kimi çoxtərəfli beynəlxalq təşkilatlarda iştirak ABŞ və onun müttəfiqlərinə qarşı duran mühüm qüvvədir. “Antiqərb oxu” adlanan üç ölkənin əməkdaşlığı onlara sanksiyalardan uğurla yayınmağa, hərbi münaqişələrdə qalib gəlməyə, həmçinin digər ölkələri müttəfiqləri kimi cəlb etməyə imkan verir”, - nəşr bildirib.
Şərhlər