Sevastopola hücum: Rusiyanın daha bir gəmisi vurulub
25.03.2024 12:51 Dünyadan reaksiya 149
Martın 24-də Sevastopola edilən hücum nəticəsində Rusiyanın daha bir gəmisi vurulub.
Reaksiya.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, həmin gecə Sevastopol istiqamətində 18 raket atılıb, onlardan yalnız 11-ni ruslar vura bilib.
Bildirilib ki, “Azov” və “Yamal” böyük desant gəmiləri ilə yanaşı, “İvan Xurs” kəşfiyyat gəmisi də vurulub. Gəmiyə birbaşa iki raket dəyib.
Reaksiya.
Şərhlər