Rostova PUA hücumu edildi: DRES vuruldu
25.03.2024 16:00 Dünyadan reaksiya 120
Bu gün gecə saatlarında Rusiyanın Rostov vilayətinə kütləvi PUA hücumu olub.
Reaksiya.az xəbər verir ki, bu barədə Ruasiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, yerli sakinlər ən azı 10 partlayış eşidiblər.
Rostovdakı Novoçerkassk DRES-ə də hücum edilib. Hücumdan dərhal sonra stansiya istiqamətində FHN avtomobilləri və təcili tibbi yardım maşınları gedib.
Şahidlər DRES ərazisində partlayışların baş verdiyini bildirib.
Şərhlər