Yeni hökuməti Davudoğlu quracaq - 5 gün müddəti var - VİDEO

25.08.2015 16:00     Dünyadan reaksiya     2665

Prezident Ərdoğan bu gün Prezident Sarayında baş nazir Davudoğlu ilə görüşüb. Saat 11.32-də başlayan və təxminən 1 yarım saat davam edən görüşdə seçki hökumətinin qurulması tapşırığı Davudoğluya verilib.

Reaksiya.az xəbər verir ki, prezident Ərdoğan TBMM-in sədri İsmət Yılmazla dünən Prezident Sarayında 4 saatlıq görüş keçirmişdi. Bu görüşdən sonra seçkilərin yenilənməsi qərarı rəsmi qəzetdə dərc olunmuşdu.

Baş nazir Davudoğlu 5 gün ərzində hökuməti quracaq. Bu çərçivədə müvəqqəti seçki hökumətində partiyaların səs nisbətinə görə partiyalara nazirlik veriləcək.

MHP və CHP-nin müvəqqəti seçki hökumətinə üzv olmayacağı, HDP-nin isə müvəqqəti seçki hökumətində yer alacağı açıqlanmışdı.

Davudoğlunun yaradacağı müvəqqəti Nazirlər Kabinetində ədliyyə, daxili işlər və nəqliyyat nazirləri müstəqil olacaq.

Hazırkı 3 nazir öz vəzifələrini davam edəcək.

Baş nazir də daxil olmaqla 23 kreslo belə bölüşdürüləcək: AKP 11, CHP 6, MHP 3, HDP 3.

Prezident Ərdoğan seçkilərin 1 noyabrda olacağını deyib.

Mərkəzi Seçki Komissiyası 1 noyabrda keçirilməsini nəzərdə tutan seçki proqramı layihəsini bu gün baş tutacağı görüşdə siyasi partiya nümayəndələri ilə müzakirə edəcək. İclasda partiya nümayəndələrinin səslənən fikirləri MSK-ya bildirəcək.

Şərhlər

Çox oxunanlar