İsrail razılaşdı: 700-dən çox məhbus azad edilir...

25.03.2024 17:18     Dünyadan reaksiya     128

İsrail Qəzza zolağında potensial atəşkəs razılaşması və HƏMAS yaraqlıları tərəfindən tutulan girovların azad edilməsi çərçivəsində 700-dən çox fələstinli məhbusu buraxmağa razılaşıb.

Reaksiya.az xəbər verir ki, bu barədə “Yerusəlim Post” nəşri məlumat yayıb.

Bildirilib ki, İsrailin azad etməyə razılaşdığı məhbuslar arasında terror aktları zamanı israillilərin öldürülməsində ittiham olunan ömürlük məhbuslar da var.

HƏMAS-ın da öz növbəsində 40 girovu azad edəcəyi bildirilib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar