Rus səfir Polşa XİN-in dəvətindən imtina etdi
26.03.2024 11:46 Dünyadan reaksiya 139
Rusiyanın Polşadakı səfiri Sergey Andreyev raket insidentinə görə dəvət olunduğu Polşa Xarici İşlər Nazirliyinə getməmək qərarına gəlib.
Reaksiya.az xəbər verir ki, o, bu barədə "RİA Novosti"yə deyib.
"Hesab etdim ki, sübut təqdim etmədən bu mövzunu müzakirə etməyin mənası yoxdur və Polşa Xarici İşlər Nazirliyinə getməkdən imtina etdim", - o bildirib.
Səfir dəqiqləşdirib ki, bu gün səhər nazir müavinlərindən biri ilə görüş üçün şöbəyə dəvət olunub:
"Polşa tərəfi bunun raket insidenti ilə bağlı olduğunu bildirib. Birmənalı cavab almadım və diqqəti ona yönəltdim ki, biz hələ də ötən il dekabrın 29-da Rusiyaya məxsus qanadlı raketin Polşanın hava məkanına daxil olması ilə bağlı Varşavadan sübut gözləyirik. Hələlik bu iddialar üçün heç bir sübut əldə etməmişik".
Qeyd edək ki, bir gün əvvəl Polşa hərbçiləri səhər tezdən respublikanın hava məkanının Rusiyaya məxsus qanadlı raketlə pozulduğunu, texnikanın saniyə ərzində Polşanın hava məkanında olduğunu və sonra onu tərk etdiyini bildirib.
Şərhlər