Türkiyə polisi İstanbulda İŞİD-ə qarşı əməliyyat keçirib, 17 nəfər saxlanılıb
26.03.2024 15:45 Dünyadan reaksiya 107
İstanbulda İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb.
Reaksiya.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbulda Respublika Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan araşdırmada 27 nəfərin İŞİD-ə bağlı fəaliyyət göstərdiyi müəyyən edilib.
Bundan sonra İstanbul polisi əməliyyat keçirərək 17 şübhəlini saxlayıb.
Digər şübhəlilərin tutulması üçün axtarışlar davam edir.
Şərhlər