Tayvan qırıcılar və “Patriot” zenit-raket kompleksləri ilə təlimlər keçirib
26.03.2024 16:30 Dünyadan reaksiya 133
Tayvan Silahlı Qüvvələri qırıcı təyyarələr və yerüstü zenit-raket komplekslərinin (ZRK) iştirakı ilə genişmiqyaslı hava hücumundan müdafiə (HHM) təlimləri keçirib.
Reaksiya.az TASS-a istinadən xəbər verir ki, bu barədə adanın Hərbi Hava Qüvvələrindən (HHQ) bildirilib.
Təxminən iki saat davam edən manevrlər zamanı quru qoşunlarının bölmələri dəniz qüvvələri ilə birlikdə hava hücumundan müdafiənin təşkili üzrə tapşırıqları yerinə yetiriblər. Təlimlərdə ABŞ-nin “Patriot” və Tayvanın “Tien Kung” ZRK-larından istifadə olunub.
“Kommunist təyyarələrinin və gəmilərinin Tayvan ətrafındakı sulara və hava məkanına davamlı müdaxiləsi fonunda, HHQ hava məkanını qorumaq və vətəni müdafiə etmək üçün regional təhlükəsizlik və müdafiə əməliyyatlarının ehtiyaclarına uyğun olaraq potensial təhdidlərə cavab olaraq təlimləri gücləndirməyə davam edəcək”, - məlumatda deyilir.
Qeyd edək ki, Tayvanın arsenalında 9 ədəd “Patriot PAC-3” ZRK batareyası var və onlar Taypeyi, Qoasyun limanını və digər əsas qurğuları və hərbi bazaları əhatə edir.
Şərhlər