Avropa qorxu içində: Xəbərdarlıq edildi, təhlükəsizlik tədbirləri gücləndirildi
26.03.2024 16:45 Dünyadan reaksiya 148
Rusiyanın paytaxtı Moskvada törədilən terror aktından sonra Avropada təhlükəsizlik tədbirləri gücləndirilir.
Reaksiya.az xəbər verir ki, terror təşkilatı DEAŞ-ın üzərinə götürdüyü hücumdan sonra ölkələr bir-birinin ardınca addımlar atıb.
Rusiyanın paytaxtı Moskvada baş verən terror hadisəsi Avropa ölkələrində panikaya səbəb olub. Fransada terror təhlükəsi xəbərdarlığı ən yüksək səviyyəyə qaldırılıb. Paytaxt Parisdə polis qrupları Eyfel qülləsi və Luvr piramidası yaxınlığında nəzarəti gücləndirib.
İtaliyada da təhlükəsizlik səviyyəsi artırılıb. İtaliya Daxili İşlər Nazirliyi Moskvadakı hücumun antiterror tədbirləri çərçivəsində diqqətlə təhlil edildiyini bildirib. Təhlükəsizlik qüvvələrinin qatar stansiyaları, hava limanları və səfirliklər kimi həssas nöqtələrdə müşahidə və nəzarət fəaliyyətlərini gücləndirəcəyi qeyd edilib.
Şərhlər