“Crocus” holdinqin ticarət mərkəzləri fəaliyyətini bərpa etdi

26.03.2024 17:00     Dünyadan reaksiya     133

“Crocus Group” holdinqi tərəfindən Moskva vilayətində yaradılan üç “Vegas” ticarət və əyləncə mərkəzi çərşənbə axşamı, martın 26-dan etibarən fəaliyyətini bərpa edəcək.

Reaksiya.az xəbər verir ki, bu barədə TRK şəbəkəsi özünün Telegram kanalında məlumat yayıb.

“VEGAS-ın bütün ticarət və əyləncə mərkəzləri martın 26-dan etibarən ziyarətçilərin üzünə açılacaq. (...) Sizi hər gün gözləyirik!” - mesajda deyilir.

Söhbət “Crocus Group” holdinq şirkətinin üç ticarət mərkəzindən – “Vegas Kuntsevo”, “Vegas Kashirskoye” və “Vegas Crocus City”dən gedir. Sonuncu terror aktının baş verdiyi konsert zalının yanında yerləşir. “Crocus City Hall” kimi “Vegas” ticarət və əyləncə kompleksləri şəbəkəsi də “Crocus Group” holdinq şirkəti tərəfindən yaradılıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar