“Crocus City Hall”da axtarış-xilasetmə işləri yekunlaşıb
26.03.2024 19:00 Dünyadan reaksiya 167
“Crocus City Hall”da aparılan axtarış-xilasetmə işləri yekunlaşıb.
Reaksiya.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, 900 kubmetrdən çox dağılmış konstruksiya sökülərək binadan çıxarılıb.
Məlumatda, həmçinin qeyd olunur ki, sonrakı işlər mühəndis avadanlıqlarından istifadə etməklə mexaniki üsulla aparılacaq.
Xatırladaq ki, martın 22-də axşam saatlarında bir neçə silahlı şəxs Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert zalına soxularaq ziyarətçilərə və mərkəzin işçilərinə atəş açıb. Daha sonra konsert zalı yandırılıb, binada güclü yanğın baş verib. Son məlumatlara görə, terror aktı zamanı 139 nəfər ölüb, 200-ə yaxın insan yaralanıb.
Şərhlər