İsrail Livanın dərinliklərinə zərbələr endirəcəyini açıqlayıb

26.03.2024 19:54     Dünyadan reaksiya     205

Hizbullah qruplaşmasının baza və qəsəbələrə hücumundan sonra İsrail Livanın dərinliklərinə zərbələr endirəcəyini açıqlayıb.

Reaksiya.az “The Times of Israel”ə istinadən xəbər verir ki, qruplaşmanın əsas qalası hesab olunan Baalbek rayonu bombalanacaq.

“Livan mediası İsrailin Livanın şimal-şərqindəki Baalbek yaxınlığında hava hücumu həyata keçirdiyini yazır. Görüntülərdə hədəf alındığı iddia edilən ərazidən tüstünün qalxdığı görünür. Keçmişdə Hizbullah qalası kimi tanınan Baalbek İsrail sərhədindən təxminən 100 kilometr aralıdadır”, - məlumatda qeyd olunub.

Reaksiya.az

Şərhlər