Vladimir Putin: Miqrasiya sahəsində vəziyyət nəzarət altında olmalıdır

26.03.2024 19:30     Dünyadan reaksiya     176

Rusiyada miqrasiya sahəsində vəziyyət nəzarət altında olmalıdır.

Bunu ölkə Prezidenti Vladimir Putin Baş Prokurorluğunun kollegiya iclasında bildirib.

O, Baş Prokurorluğa qabaqlayıcı anti-kriminal, o cümlədən miqrasiya sahəsində tədbirlər sistemi üzərində düşünməyi tapşırıb.

V.Putin həmçinin prokurorluq işçilərini təhsil müəssisələrində və uşaqların istirahət yerlərində təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirməyə çağırıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar