"Krokus" teraktı: Kreml rəsmiləri şokdadır

27.03.2024 10:30     Dünyadan reaksiya     137

Vladimir Putinin yaxın çevrələrindən bəziləri onun "Krokus Siti Hall"da baş vermiş terror aktının arxasında Ukraynanın ola biləcəyi tezisləri ilə razılaşmır.

Reaksiya.az xəbər verir ki, bu barədə "Blumberq" məlumat yayıb.

"Putinə yaxın adamlar Ukraynanın terrorda iştirakına dair heç bir sübutun olmadığını bildiriblər.

Buna baxmayaraq, Rusiya lideri terror hücumundan istifadə edərək, rusları Ukrayna müharibəsi ətrafında toplamaqda qərarlıdır. Kreml rəsmiləri təhlükəsizlik xidmətlərinin insanlara hücumun qarşısını ala bilməməsindən şoka düşüblər", - məlumatda deyilir.

Şərhlər