Budapeştdə minlərlə insan Orbana qarşı etiraza qalxdı

27.03.2024 11:00     Dünyadan reaksiya     152

Macarıstanın paytaxtı Budapeştdə bir neçə min insan hakimiyyətin korrupsiya ilə bağlı yayılan səsyazılarından sonra baş nazir və baş prokurorun istefası tələbi ilə küçələrə axışıb.

Reaksiya.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Etirazçılar “İstefa” şüarları səsləndirərək prokurorluq binasından parlamentə qədər yürüş ediblər.

Qeyd edilir ki, audioyazılar ölkənin keçmiş ədliyyə naziri Peter Madyarın əri Yudit Varqi tərəfindən yayımlanıb.

Eyni zamanda o, mitinq iştirakçıları qarşısında çıxış edib və Orbana qarşı partiya yaradacağını bildirib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar