Qəzza zolağında ərzaq məhsulları iki dəfə ucuzlaşıb

27.03.2024 14:00     Dünyadan reaksiya     106

Qəzza zolağında son bir neçə gündə bazarda ərzaq məhsullarının qiyməti iki dəfə və daha çox ucuzlaşıb.

Reaksiya.az “Maarif”ə istinadən xəbər verir ki, bazarda qida mallarının çeşidi də artıb.

Bildirilib ki, qəndin bir kiloqramı 70 şekeldən (İsrailin pul vahidi) 20 şekelədək ucuzlaşıb.

Məlumata görə, buna səbəb İsrail Müdafiə Ordusunun HƏMAS-ın “fövqəladə komitəsi zəncir komandasını məhv etməsi” göstərilir. Bu komanda Qəzza zolağında humanitar yardımın paylanmasına nəzarət edirmiş.

Reaksiya.az

Şərhlər