Xocalıya ilk köç bu tarixdə olacaq

27.03.2024 15:00     Dünyadan reaksiya     33

Erməni işğalından azad olunan Xocalı rayonuna ilk köç bu ilin may ayında olacaq.

Reaksiya.az xəbər verir ki, bunu Report-a açıqlamasında Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov deyib.

O bildirib ki, hazırda Xocalıda tikinti və abadlıq işləri həyata keçirilir:

“Hazırda 500-ə qədər evdə bərpa işləri aparılır. May ayında ilkin olaraq 50 ailənin Xocalıya köçürülməsi nəzərdə tutulur”.

Reaksiya.az

Şərhlər