KİV: Makronun Ukraynaya qoşun yeridilməsi ilə bağlı bəyanatı məntiqsizdir

27.03.2024 16:15     Dünyadan reaksiya     148

Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qoşun yeridilməsi ilə bağlı açıqlaması ABŞ-ni qəzəbləndirib.

Reaksiya.az xəbər verir ki, bu barədə “Blomberg” məlumat yayıb.

Qeyd olunub ki, belə bir addım Qərblə Rusiya arasında birbaşa toqquşmaya səbəb ola bilər.

Məlumatda bildirilib ki, E.Makronun bəyanatı Almaniya kansleri Olaf Şolzun qınağı ilə də nəticələnib.

Materialda həmçinin yazılıb ki, E.Makronun bəyanatı məntiqsizdir.

Qeyd edək ki, E.Makron daha əvvəl Fransanın Ukraynaya qoşun göndərməsini istisna etməmişdi.

Fransanın müdafiə naziri Sebastyan Lekornu isə söyləmişdi ki, Rusiya getdikcə daha ciddi təhlükəyə çevrilir.

Rəsmi Parisin bu mövqeyi Avropa İttifaqı və NATO daxilində ciddi ziddiyyətə səbəb olub.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar