Latviya: NATO Rusiya ilə rəqabət aparmayacaq

09.06.2015 11:36     Dünyadan reaksiya     1707

Latviya Silahlı Qüvvələrinin qərargah rəisi Raimonds Graube, beynəlxalq hərbi təlimlərinin Rusiyanı çəkindirməyəcəyini, istənilən hərbi təlimdə rusların əsgər sayının 50 minə yaxın olacağını söyləyib.

Graube, ABŞ-ın Avropadakı qüvvələri tərəfindən Litva, Latviya, Estoniya və Polşada təşkil edilən və NATO-ya üzv 13 ölkənin 6 min əsgərinin qatıldığı hərbi təlimlərdə  etdiyi çıxışda bildirib ki, beynəlxalq hərbi təlimlərin Rusiyanı çəkindirməsi mümkün deyil: “Mövcud hərbi təlimlərdə müttəfiq əsgərlərin sayı rusların hərbi təlimlərdəki əsgərlərindən daha azdır. Onların təlimlərində 50 minə yaxın hərbçi iştirak edir".

NATO-nun, Rusiya ilə sərhədə yaxın bölgələrdə silahlı qüvvələr yerləşdirmə riskinə getmədiyi ilə bağlı açıqlama verən Graube qeyd edib ki, Baltik ölkələrinə raketlər yerləşdirilməyəcək: “ Raketlərin yerləşdirilməsi ilə söhbət belə gedə bilməz. Latviyanın hərbi hava bazası belə mövcud deyil. Buna baxmayaraq, İskəndər raketləri sərhədlərimizdən uzaqdadır. Hətta sərhədlərimizin təxminən 26 kilometrliyində Rusiyaya aid bir adada təxminən 70 vertolyot var".

Graube bildirib ki, hərbi təlimlərdə hava və quru qoşunları ilə əməkdaşlıq ediləcək: “Böhran vəziyyətində bölgəyə ilk gələ biləcək olan hava qüvvələridir. O görə onların əlaqələndirilməsi çox vacibdir" – mdeyə sözlərinə əlavə edib.

1 İyunda başlayan və 2010-ci ildən etibarən keçirilən hərbi təlimlər bu il 19 gün davam edəcək.

Şərhlər