Trampın yeni biznesi: Bu qiymətə İncil satmağa başladı

28.03.2024 14:45     Dünyadan reaksiya     130

ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçkiqabağı kampaniyasını dəstəkləmək üçün İncil satmağa başlayıb. O, İncili 60 dollara satır.

Reaksiya.az xəbər verir ki, noyabrda keçiriləcək seçkilərlə ABŞ-da prezident kürsüsü uğrunda mübarizə aparacaq ramp ölkədə Pasxa bayramı öncəsi İncil satışına başlayıb. Tramp özünün “Truth Social” platformasında video yerləşdirərək tərəfdarlarını “Tanrı ABŞ-ı qorusun” üzlüyündə İncil almağa dəvət edib.

Görüntülərdə o, sevimli kitabının İncil olduğunu vurğulayıb: "Bütün amerikalıların evlərində ən azı bir İncil lazımdır".

Qeyd edək ki, Trampın daşınmaz əmlak sənayesində fırıldaqçılıq ittihamı ilə cəzalandırıldığı 454 milyon dollar məbləğində cərimə 175 milyon dollara endirilib və ödəniş üçün əlavə 10 gün vaxt verilib. Əgər azalma qərarı verilməsəydi, Tramp bank hesablarındakı pullarına və bəzi mühüm daşınmaz əmlaklarına nəzarəti itirmək riski ilə üzləşə bilərdi.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar