“Crocus City Hall”da baş verən terrorda xəsarət alanların sayı artıb

28.03.2024 15:15     Dünyadan reaksiya     86

Rusiyanın Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert zalında törədilən terror aktı nəticəsində xəsarət alanların sayı 372 nəfər olub.

Bu barədə “112” “Telegram” kanalı məlumat yayıb.

Xatırladaq ki, martın 22-də Krasnoqorskda “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Hadisə nəticəsində 143 nəfər həyatını itirib. Terrorçular həbs olunublar.

Reaksiya.az

Şərhlər