Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan
28.03.2024 17:00 Dünyadan reaksiya 201
Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı.
Reaksiya.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bursada mitinqdə çıxışı zamanı deyib.
O qeyd edib ki, bəzi Qərb yönümlü qüvvələr Türkiyənin və bölgənin sabitliyini pozmaq üçün illərdir hər bir təxribata əl atıb:
“Rusiya ilə fikir ayrılığımız olduğu, terror təşkilatlarının sərhədlərimizə çatdığı bir vaxtda Qərb dövlətləri cənub şəhərlərimizdəki hava hücumundan müdafiə sistemlərini geri aldılar. Biz o dövrün çətinliklərini öz gücümüzlə, öz imkanımızla, mübarizəmizlə həll edə bildik. Suriyada, Liviyada, Aralıq dənizində, Qara dənizdə, Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı”.
Şərhlər