İrəvan Bakıya 2 ay vədi verdi və vədi pozdu - Lavrov
29.03.2024 11:30 Dünyadan reaksiya 119
Çətin vəziyyətdə Ermənistanın maraqlarını dəfələrlə müdafiə edən KTMT-nin olması, Ermənistanla Azərbaycan arasında münasibətlərdə gərginliyi azaltmaq üçün 2021-ci ildə öz sülhməramlı missiyasını respublikaya göndərməyə hazır olduğu və mandatı barədə heç nə yada salınmır. 2021-ci ilin payızında İrəvanda keçirilən nazirlərin görüşündə missiya haqqında tam razılıq əldə olundu - biz gecəyə qədər oturduq, hər şeyi təsdiq etdik, səhər prezidentlər və baş nazirlər artıq görüşəndə cənab Paşinyan dedi ki, heç bir konsensus şey yoxdur.
Reaksiya.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov “İzvestiya”ya müsahibəsində deyib.
Lavrovun sözlərinə görə, bir neçə gün sonra Paşinyan AB-nin eyni sülhməramlı missiyasını Ermənistana çağıraraq, Azərbaycana bunun cəmi iki ay olacağını vəd etdi:
“İki ay sonra isə Avropa Birliyi Bakıya məhəl qoymadan bu missiyanı ikiqat artırdı. İndi də Norveç, Kanada və ABŞ-dan yenə də hərbi personal oraya göndərilir və AB-nin missiyasını Şimali Atlantika Alyansının missiyasına çevirirlər. Və son bir neçə ilin bütün bu hekayəsi cənab Paşinyan, onun əməkdaşları və Ermənistan parlamentinin rəhbərliyi tərəfindən təhrif olunur”.
Şərhlər