Kiyev Hindistana xəbərdarlıq etdi

29.03.2024 14:46     Dünyadan reaksiya     185

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Hindistana xəbərdarlıq edib.

Reaksiya.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb.

“İşimiz Yeni Dehliyə sadə bir mesaj çatdırmaqdır. Rusiya ilə əməkdaşlıq etmək qərarına gəldikdə, bilin ki, Ukrayna üçün qırmızı xətt Rusiya döyüş maşınının maliyyələşdirilməsidir”, - o bildirib.

Kuleba qeyd edib ki, Hindistan və Rusiya arasında əməkdaşlıq daha çox sovet mirasına əsaslanır:

“Bu, əsrlərlə davam edəcək bir miras deyil. Bu, buxarlanan bir mirasdır. Hindistanın istehsal etdiyi bəzi ağır maşınqayırma məhsullarını idxal etməkdə də maraqlıyıq. Müharibədən sonra Ukrayna dünyanın ən böyük tikinti meydançalarından birinə çevriləcək. Ukrayna Hindistan biznesinin bu işdə iştirakını istəyir”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar