765-ci gün: Rusiyanın itkiləri yeniləndi

29.03.2024 15:00     Dünyadan reaksiya     82

Ukrayna müharibənin 765-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Reaksiya.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 440 790 hərbçi, 6 922 ədəd tank, 13 264 ədəd zirehli döyüş maşını, 10 991 ədəd artilleriya sistemi, 1023 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 735 hava hücumundan müdafiə sistemi, 347 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 14 645 ədəd avtomobil texnikası, 8 656 ədəd PUA, 2 022 qanadlı raket, 26 gəmi/kater, 1 sualtı qayıq, 1 807 xüsusi avadanlıq itirib.

Reaksiya.az

Şərhlər