“Crocus City Hall”dakı terror aktında ölənlərin sayı 144 nəfərə çatıb

29.03.2024 16:45     Dünyadan reaksiya     72

“Crocus City Hall”da baş verən terror aktında 144 nəfər həlak olub.

Reaksiya.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib.

“Təəssüf ki, güllə yaraları alan və vəziyyəti son dərəcə ağır olan daha bir nəfər xəstəxanada dünyasını dəyişib. Ailəsinə və yaxınlarına başsağlığı verirəm”, - o bildirib.

Qeyd edək ki, martın 22-də Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall”da terror aktı baş verib. Rusiya Prezidenti Vladimir Putin sifarişçilərin və icraçıların tapılaraq cəzalandırılacağını bildirib. İŞİD terror hadisəsi ilə bağlı məsuliyyəti öz üzərinə götürüb. Son məlumatlara görə, ölənlərin sayı 140 nəfəri keçib.

Reaksiya.az

Şərhlər