Tacikistanda “Crocus”da baş verən terror aktı ilə əlaqəli 9 nəfər saxlanılıb

29.03.2024 18:01     Dünyadan reaksiya     153

Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları “Crocus City Hall”da terror aktı və “İslam Dövləti” terror təşkilatının qolu olan “Xorasanda İslam Dövləti” qruplaşması ilə əlaqəsi olduğu iddia edilən 9 nəfəri saxlayıb.

Reaksiya.az xəbər verir ki, bu barədə "Reuters" Tacikistanın güc strukturlarındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, 9 nəfərin hamısı martın 25-də Vəhdət şəhərində saxlanılaraq Düşənbəyə aparılıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar