765-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

29.03.2024 20:00     Dünyadan reaksiya     223

Rusiya müharibənin 765-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Reaksiya.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 577 təyyarəsi, 270 helikopteri, 17 658 PUA-sı, 489 zenit-raket kompleksi, 15 642 tank və digər zirehli texnikası, 1 256 reaktiv yaylım atəş sistemi, 8 573 artilleriya və minaatanı, 20 343 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Reaksiya.az

Şərhlər