Belçikadan Ukraynaya 100 milyon avro yardım
30.03.2024 10:15 Dünyadan reaksiya 189
Belçika Nazirlər Şurası Ukraynaya F-16 qırıcılarının saxlanması üçün 100 milyon avro ayrılmasını təsdiqləyib.
Reaksiya.az xəbər verir ki, bu barədə Belçikanın müdafiə naziri Ludivine Dedonder məlumat verib.
Krallıq həmçinin ukraynalı mütəxəssislərə qırıcı təyyarələrə qulluq etmək üçün təlim keçməyə başlayıb.
"Biz artıq ukraynalı texniki mütəxəssislərə F-16 donanmasının istismarı üzrə təlimlər keçməyə başlamışıq" , - xanım nazir bildirib.
Şərhlər