Türkiyə şirkətinin Avropaya uçuşu qadağan olundu

30.03.2024 10:45     Dünyadan reaksiya     181

Avropa Birliyi Türkiyənin "Southwind Airlines" aviaşirkətinin Avropaya uçuşlarını qadağan edib.

Reaksiya.az xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat yayılıb.

Qadağaya səbəb kimi aviaşirkətin Rusiya ilə bağlılığı göstərilib.

Belə ki, Finlandiya Aviasiya İdarəsi tərəfindən aparılan araşdırmaya əsasən, sözügedən aviaşirkətə sahibliyi və effektiv nəzarətin əksəriyyəti Türkiyəyə deyil, Rusiyaya aiddir.

Rusiyanın Ukraynaya hücumu ilə bağlı sanksiyaları tənzimləyən qaydalara əsasən, aviaşirkətə Avropada uçuş və eniş qadağan edilib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar