Orban Ukrayna üçün ən yaxşı variantı açıqladı
30.03.2024 12:30 Dünyadan reaksiya 148
Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Ukrayna üçün ən yaxşı variant Qərblə Rusiya arasında “bufer zona”ya çevrilmək və təhlükəsizlik zəmanəti almaq olacaq.
Reaksiya.az xəbər verir ki, bu barədə Macarıstanın “Mandiner” nəşri məlumat yayıb.
“Macarıstanın baş naziri qeyd edib ki, Ukraynanın coğrafi mövqeyini nəzərə almaq lazımdır. Rusiya bilavasitə qonşusu olaraq bufer zonaya çevrilmək və təhlükəsizlik zəmanəti almaq ideal olardı, əks halda Viktor Orbanın fikrincə, ukraynalılar öz ölkələrini itirə bilər”, - nəşr yazır.
Macarıstanın baş naziri həmçinin hesab edir ki, Rusiya heç vaxt Ukraynanın NATO-ya üzvlüyünə razı olmayacaq.
Şərhlər