Zelenski Sergey Şefiri prezidentin birinci köməkçisi vəzifəsindən azad edib

30.03.2024 15:30     Dünyadan reaksiya     142

Ukrayna Prezidenti Vladimir Zelenski Sergey Şefirin prezidentin birinci köməkçisi vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

Reaksiya.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” prezidentin fərmanına istinadən məlumat yayıb.

“Şefir Sergey Naxmanoviç Ukrayna Prezidentinin birinci köməkçisi vəzifəsindən azad edilsin”, - fərmanda qeyd edilib.

Ötən gün həmçinin Ukrayna Prezident Aparatı rəhbərinin müavinləri Andrey Smirnov və Aleksey Dneprov vəzifələrindən azad ediliblər.

Reaksiya.az

 

Şərhlər

Çox oxunanlar