İsrailin şimalı Livandan atəşə tutulub, yaralanan var

31.03.2024 18:45     Dünyadan reaksiya     185

İsrailin şimal bölgələri Livandan atəşə tutulub, nəticədə bir əsgər yaralanıb.

Reaksiya.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, son saatlarda Livan ərazisindən mərmilər ölkənin şimalında yerləşən Marqaliot və Malkiya yaşayış məntəqələri yaxınlığına düşüb.

Bundan əlavə, bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın cənubunda "Hizbullah" silahlı qüvvələrinin infrastrukturuna hücum edib. Əl-Xiyam və Rab-Taliatin yaşayış məntəqələrinin əraziləri vurulub.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar