Türkiyədə seçki: YSK sədrindən açıqlama...
31.03.2024 19:44 Dünyadan reaksiya 174
Türkiyədə bələdiyyə seçkilərində səsvermə sakit keçib. Reaksiya.az xəbər verir ki, bu barədə Türkiyə Yüksək Seçim Qurumunun sədri Əhməd Yener mediaya açıqlamasında deyib. "Səsvermə başa çatıb. Ayrı-ayrı hadisələr istisna olmaqla, sakit atmosferdə keçib. Bu hadisələrdə yaralananların tezliklə sağalmasını arzulayıram. Qutuların açılması və səslərin sayılması prosesinə başlanılıb. Komissiya, hesablama məlumatlarının açıqlanmasına qoyulan qadağanın ləğv edilib-edilməməsi barədə qərar qəbul etmək üçün daha sonra toplanacaq"-deyə, o bildirib. Reaksiya.az
Şərhlər