KİV: Paşinyan istefa verir

01.04.2024 12:30     Dünyadan reaksiya     136

Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrda növbədənkənar parlament seçkiləri keçirmək qərarına gəlib.

Reaksiya.az xəbər verir ki, bu barədə Erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, bununla bağlı Paşinyan partiyanın təcili toplantısını çağırıb.

“Azərbaycanın keçmiş anklavlarla bağlı tələbləri o qədər güclənib ki, Paşinyan vəziyyəti sakitləşdirmək üçün istefa vermək qərarına gəlib. Baş nazir hesab edir ki, bu, məhz onun “xilas”ıdır”, - məlumatda bildirilib.

İddia edilib ki, seçkilər sentyabrın 10-da keçiriləcək.

Qeyd edək ki, Ermənistanda parlament seçkiləri 2021-ci ilin iyununda keçirilib. Növbəti parlament seçkiləri 2026-cı ildə olmalıdır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar