Şahramanyan Azərbaycana təhvil veriləcək? - İrəvan ÇALXALANIR
01.04.2024 16:18 Dünyadan reaksiya 211
“Ermənistanın indiki hökumətinin Samvel Şahramanyanı həbs edib Azərbaycana ekstradisiya yolu ilə verməsi ehtimalı yüksəkdir”.
Bunu Ermənistanın Konstitusiya Məhkəməsi aparatının keçmiş rəhbəri Edqar Kazaryan deyib deyə erməni mediasının yaydığı məlumatda bildirilir.
“Hökumətin son iclasının əsas mesajı ondan ibarətdir ki, Qarabağ erməniləri siyasi cəhətdən aktiv olmağa cəsarət edərlərsə, bu, milli təhlükəsizliyə təhdid olacaq. Bu cür bəyanatların məqsədi Şahramanyanın həbsi və Azərbaycana təhvil verilməsi üçün zəmin yaratmaqdır”, - deyə Kazaryan bildirib.
Şərhlər