ABŞ İsrailə 18 milyardlıq silah satır - “Politiko”

02.04.2024 10:30     Dünyadan reaksiya     83

Bayden administrasiyası İsrailə 50 ədəd F-15 döyüş təyyarəsi, həmçinin 30 ədəd orta mənzilli AIM-120 raketi və sərbəst düşən bombaları dəqiq idarə olunan silaha çevirən JDAM dəstlərini satmağı nəzərdən keçirir.

Reaksiya.az xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.

Məlumatda satılacaq qırıcı, raket və döyüş sursatlarının ümumi dəyərinin 18 milyard dollar olduğu bildirilib.

Reaksiya.az

Şərhlər