Braziliya Putinə görə BMT ilə danışıqlar aparır
02.04.2024 10:45 Dünyadan reaksiya 143
Braziliya hakimiyyəti Beynəlxalq Cinayət Məhkəməsinin barəsində həbs qərarı verdiyi Rusiya Prezidenti Vladimir Putinin ölkəyə gəlişini təşkil etmək üçün səylər göstərir.
Reaksiya.az xəbər verir ki, bu barədə Braziliyanın “Folha de S.Paulo” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, Braziliya Prezidenti Silvanın administrasiyası Putini noyabrda Rio-de-Janeyroda keçiriləcək G20 sammitində görmək istəyir. Belə bir səfərə əsas maneə Putinin həbsinə order verilməsidir, çünki Braziliya BCM-nin yurisdiksiyasını tanıyır və buna görə də rəsmi olaraq rus liderini həbs etməyə borcludur.
Qeyd olunub ki, Braziliya hökuməti hazırda bütün hökumət rəhbərlərinə xaricə səfərləri zamanı təqib olunmamaq hüququ vermək üçün BMT ilə danışıqlar aparır. Braziliya hökumətinin BMT-yə göndərdiyi təklifdə birbaşa Putinin adı çəkilmir, ancaq “Rusiya liderinin hazırkı vəziyyətinə uyğun gələn” ssenariyə istinad edilir.
Şərhlər