Ukrayna Rusiyanın 1200 km dərinliyini necə vurdu?

02.04.2024 12:30     Dünyadan reaksiya     135

Ukraynanın Rusiya ərazisinə zərbə endirdiyi PUA-larda süni intellektdən istifadə edilir.

Reaksiya.az xəbər verir ki, bu barədə CNN Ukraynanın PUA proqramı ilə tanış olan mənbəyə istinadla məlumat yayıb.

“Dəqiqlik süni intellektin (Aİ) istifadəsi ilə təmin edilir. Hər bir PUA-da peyk və ərazi məlumatları olan bir prosessor var”, - məlumatda qeyd olunub.

Məlumatda bu texnologiyanın Ukraynaya kim tərəfindən verildiyi bildirilməyib.

Qeyd edək ki, Ukrayna PUA-sı bu gün Tatarıstanda “Şahid” PUA-larının zavodunu vurub. Bu, Ukraynanın Rusiyanın 1200 km dərinliyinə ilk hücumudur.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar