Nazir müavininin avtomobili güllələnib
26.08.2015 01:19 Dünyadan reaksiya 1903
Ukraynanın elm və təhsil nazir müavini İnna Sovsunun avtomobilini güllələyən şəxs saxlanılıb. Reaksiya.az-ın Trendə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna DİN-i bildirib.
"Avtomobilə atəş açmış kişi saxlanılıb. Hazırda həmin adamın şəxsiyəti dəqiqləşdirilir", DİN-in bəyanatında bildirilir.
Ukraynanın elm və təhsil nazir müavini İnna Sovsunun avtomobili Kiyevdə güllələnib.
Hadisə barədə Ukraynanın elm və təhsil naziri Serqey Kvit öz Facebook səhifəsində bildirib. Onun sözlərinə görə, avtomobil nazirliyin binasının yanında olanda güllələnib və xəsarət alan olmayıb.
Şərhlər