Hizbullah İsraili hədələdi

02.04.2024 14:45     Dünyadan reaksiya     142

Hizbullah İsrail hərbi hava qüvvələrinin Suriyanın paytaxtında İran konsulluğuna hücumunu pisləyib.

Reaksiya.az xəbər verir ki, bu barədə qurumun Teleqram kanalında məlumat yayılıb.

“Sionist düşmənin bu yeni cinayəti cavabsız qalmayacaq, İsraildən qisas alınacaq. İsrail iki iranlı generalı öldürməklə regionda artan xalq müqavimət dalğasını dayandıra biləcəyinə inanmaqda səhv edir. Əksinə, Qəzzada on minlərlə uşaq və qadının ölümünə səbəb olan təkəbbürlü, qəddar düşmənlə qarşılaşmaq əzmini gücləndirəcək”, - məlumatda deyilir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar