Hakan Fidan NATO XİN başçılarının toplantısında iştirak edəcək

02.04.2024 15:15     Dünyadan reaksiya     131

Türkiyənin xarici işlər naziri Hakan Fidan Brüsselə səfər edəcək.

Reaksiya.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfərin məqsədi aprelin 3-4-də NATO-nun Baş Qərargahında keçiriləcək NATO xarici işlər nazirlərinin toplantısında iştirak etməkdir.

Hakan Fidanın görüş çərçivəsində ikitərəfli danışıqlar aparacağı da gözlənilir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar