Tramp fırıldaqçılıq işinə görə 175 milyon dollar girov qoyub
02.04.2024 16:45 Dünyadan reaksiya 131
ABŞ-nin keçmiş prezidenti Donald Tramp fırıldaqçılıq işinə görə 175 milyon dollar girov qoyub.
Məlumata görə, Tramp istiqrazı “Knight Specialty” sığorta şirkəti vasitəsilə təmin edib. Girov məhkəmənin siyasətçinin təqsirli olması ilə bağlı şikayətinə baxması üçün tələb edilib.
Fevralın ortalarında məhkəmə keçmiş prezidenti “Trump Organization” aktivlərinin qiymətləndirilməsində dələduzluqda təqsirli bilib və onu 355 milyon dollar cərimələyib. Hesablanmış faizləri nəzərə alsaq, cərimə 454 milyon dollar təşkil edə bilər.
Prokurorların fikrincə, “Trump Organization” kreditlər və sığorta üzrə daha sərfəli şərtlər əldə etmək üçün aktivlərin dəyərini yanlış təqdim edib.
Şərhlər