NATO-da Cənubi Qafqaz müzakirə ediləcəkmi?

03.04.2024 10:00     Dünyadan reaksiya     146

Cənubi Qafqaz məsələsi NATO-nun qarşıdan gələn nazirlər görüşünün gündəliyində deyil.

Reaksiya.az xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi, səfir Culianna Smit deyib.

"NATO-nun nazirlər görüşü çərçivəsində Cənubi Qafqaz məsələsinin müzakirə edilib-edilməməsinə gəlincə, bunun gündəliyin formal hissəsi olacağını düşünmürəm. Amma görək bu məsələ qarşıdakı iki gün ərzində müzakirələrimiz çərçivəsində qaldırılacaqmı?" - Smit vurğulayıb.

Qeyd edək ki, NATO ölkələrinin xarici işlər nazirləri aprelin 3-4-də təşkilatın Brüsseldəki mənzil-qərargahında ikigünlük müşavirə keçirəcəklər.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar