Tayvanda 7,7 bal gücündə zəlzələ: ölənlərin sayı artdı

03.04.2024 12:45     Dünyadan reaksiya     89

Tayvan yaxınlığında 7,7 bal gücündə zəlzələ baş verib.

Reaksiya.az xəbər verir ki, bu barədə “Röyters“ məlumat yayıb.

Hadisə nəticəsində azı 4 nəfər ölüb, 97 nəfər isə yaralanıb.

Bildirilib ki, zəlzələnin episentri Tayvanın şərq sahilləri yaxınlığında yerləşib. Bundan sonra hündürlüyü 3 metrə çatan sunami təhlükəsi elan edilib.

Bunun son 25 ildə Tayvanda baş verən ən güclü zəlzələ olduğu vurğulanıb.

Birinci zəlzələdən dərhal sonra 6,6 bal gücündə ikinci zəlzələ baş verib.

Daha sonra Tayvanın şərqində maqnitudası 5,4-ə qədər olan daha 4 zəlzələ qeydə alınıb.

Okinava adasının Mərkəzi Meteorologiya İdarəsinin məlumatına görə, maqnitudası 6,5-ə çatan 40-a yaxın afterşok baş verib.

İlk yeraltı təkanlardan təxminən 15 dəqiqə sonra NHK telekanalı sunaminin Tayvan sahillərindəki Yonaquni adasına çatdığını bildirib. Tayvanın Hualien şəhərində isə bir neçə bina dağılıb, 87 mindən çox ev işıqsız qalıb, Quançjouda qatarların hərəkəti dayandırılıb.

Yapon meteoroloqlar daha sonra sunaminin İşigaki adasının sahillərinə çatdığını vurğulayıblar.

Reaksiya.az

Şərhlər