İstanbulda 29 nəfərin öldüyü yanğının səbəbi bəlli oldu

03.04.2024 13:00     Dünyadan reaksiya     82

Ötən gün Türkiyənin İstanbul şəhərində 16 mərtəbəli binada baş verən yanğının səbəbi məlum olub.

Reaksiya.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.

Qeyd olunub ki, səs izolyasiyası və dekorun yenilənməsi işləri aparılarkən qaynaq zamanı boru partlayıb. Partlayış isə yanğına səbəb olub.

Xatırladaq ki, partlayış çoxmərtəbəli binada yerləşən gecə klubunda baş verib. Hadisə nəticəsində 29 nəfər ölüb, 1 nəfər yaralanıb.

Reaksiya.az

Şərhlər