İndi döyüş şüurlarda gedir: ABŞ uduzur - Senatorlar

03.04.2024 14:15     Dünyadan reaksiya     113

Ölkə rəhbərliyinin yeni döyüş meydanını tam bilməməsi ucbatından Rusiyaya informasiya müharibəsində uduzur.

Reaksiya.az xəbər verir ki, bu fikirlər amerikalı keçmiş senatorlar Co Liberman və Qordon Hamfrinin “Vaşinqton Post” nəşri üçün yazdıqları məqalədə yer alıb.

Onların fikrincə, yeni informasiya meydanında rəhbərlik və vəsait çatışmazlığı Vaşinqtonun bu müharibəni Rusiya, eləcə də Çin və İrana uduzmasına gətirib çıxardı:

“Dövlət Departamenti üç il ərzində Ağ Evi və Konqresi informasiya müharibəsinə məsul şəxsi təyin etməyə çağırdı, lakin tövsiyələrə məhəl qoyulmadı. Əvvəllər milli təhlükəsizlik quruda, dənizdə döyüşlər baxımından düşünülürdüsə, indi döyüş meydanı insan şüuruna çevrilib və ABŞ praktiki olaraq orada yoxdur”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar