Fələstin BMT-yə tam üzvlük üçün müraciət etdi

03.04.2024 14:45     Dünyadan reaksiya     116

Fələstin Birləşmiş Millətlər Təşkilatına tam üzvlük üçün müraciət edib.

Reaksiya.az xəbər verir ki, bu barədə Frans Press Agentliyi (AFP) məlumat yayıb.

Məlumata görə, Fələstinin BMT-dəki nümayəndəsi bu təşkilatın baş katibinə göndərdiyi məktubda ölkənin BMT-yə tamhüquqlu üzvlüyü üçün 2011-ci il məktubuna yenidən baxılmasını istəyib.

Qeyd edək ki, 2012-ci ildə BMT-nin Baş Assambleyası Fələstinin bu təşkilata müşahidəçi üzv kimi iştirakına səs verib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar