Zelenski: Martda Rusiya Ukrayna ərazisinə 400-dən çox müxtəlif tipli raket atıb
03.04.2024 17:00 Dünyadan reaksiya 133
Təkcə mart ayında Rusiya Ukrayna ərazisinə 400-dən çox müxtəlif tipli raket atıb.
Reaksiya.az UNIAN-s istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
O, həmçinin söyləyib ki, mart ayında Ukraynaya 600-dən çox kamikadze pilotsuz uçuş aparatı (PUA) və 3 mindən çox idarə olunan bomba atıb ilə hücum olub:
“Müxtəlif şəhər və icmalar terrordan əziyyət çəkir, Rusiya cəbhəyanı ərazilərə xüsusilə vəhşicəsinə zərbələr endirir. Bir milyondan çox əhalisi olan Xarkov şəhərimiz bu müharibənin ilk günündən raket və dron zərbələrinə məruz qalıb”.
V.Zelenski qeyd edib ki, kritik infrastruktur və yaşayış binaları dağıdılır: “Etibarlı hava hücumundan müdafiə sistemləri ilə təmin olunacağımız vaxt bütün bu dağıntıların qarşısı alınacaq”.
Şərhlər